Ukraynanın Rostova hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb


  • 14:51

Gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Rostov vilayətinə çoxsaylı hücumları nəticəsində həlak olmuş daha 3 nəfərin meyiti dağıntılar altından çıxarılıb.

E-huquq.az xəbər verir ki, bu barədə regionun qubernatoru Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, gecə həyata keçirilən hücum nəticəsində ölənlərin sayı ümumilikdə 5 nəfər təşkil edir.

Dağıntıların aradan qaldırılması üzrə işlər davam edir.

Zərbələr nəticəsində 3 çoxmənzilli yaşayış binasına, 17 fərdi evə, sosial obyektə, bir sıra avtomobillərə, kafeyə və anbarlara ziyan dəyib.

Humay Eminqızı

Oxşar xəbərlər