Qəzzada ölənlərin sayı 73 329 nəfərə çatıb


  • 15:24

Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağınd atəşkəsi pozması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 203 nəfərə, yaralananların sayı isə 3 900 nəfərə çatıb.

Dağıntılar altından 803 nəfərin cəsədi çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 329 nəfərə, yaralananların sayı isə 174 009 nəfərə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər