- 16:49
Fransanın paytaxtı Parisdə baş verən bıçaqlı hücum nəticəsində 3 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, "Le Parisien" qəzetinin məlumatına görə, hadisə şəhərin Klişi meydanı yaxınlığında baş verib.
Bildirilir ki, təxminən 30 yaşlı şəxs ətrafdakı insanlara bıçaqla hücum edib.
Hücum nəticəsində yaralananların 3-ü də qadındır. Onlardan birinin hamilə olduğu qeyd edilir.
BFMTV telekanalının məlumatına əsasən, əlində iki bıçaq olan şəxs yerli vaxtla saat 11:30 radələrində ətrafdakı insanlara hücum edib.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Məlumata görə, onların heç birinin həyatı üçün təhlükə yoxdur.
Hücum edən şəxs hadisə yerində polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma başlanılıb.
Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Şəbnəm Mehdizadə