- 17:36
Dünyaca məşhur alman anatomu, "Ölüm Həkimi" ləqəbi ilə tanınan Gunther von Hagens vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Von Hagens insan və heyvan cəsədlərinin parçalanmış və anatomik şəkildə hazırlanmış nümunələrinin nümayiş etdirildiyi qalmaqallı "Body Worlds" sərgilərinin təşkilatçısı olub.
Qalıqların qorunması üçün onun ixtira etdiyi plastinasiya metodundan istifadə edilirdi. Bu üsulda toxumalardakı su və yağ kimyəvi birləşmələrlə əvəz olunur.
Anatom iyulun 24-də 81 yaşında vəfat edib. O, vəsiyyət edib ki, ölümündən sonra onun öz bədəni də plastinasiya olunsun və nümayiş etdirilsin.
Qeyd edək ki, "Body Worlds" sərgisi 1990-cı illərdən bəri fəaliyyət göstərir. Ekspozisiyada insan meyitləri və daxili orqanlar nümayiş etdirilir.
Humay Eminqızı