- 21:35
Avrasiya İqtisadi Birliyinin Ermənistanla bağlı bəyanatından sonra Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2026-cı il iyunun 1-də telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya" müxbirinin sualına cavab olaraq məlumat verib.
"Və Ermənistanda ermənilərin hansı istiqaməti seçmək istədiklərini müəyyən etmək üçün sürətli referendumun keçirilməsinin vacibliyi vurğulanıb", - Peskov əlavə edib.