İzmirdə 85 qanunsuz miqrant saxlanıldı


  • 27 İyul 23:57

Türkiyənin İzmir vilayətinin sahillərində 85 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, sahil mühafizə qüvvələri mobil sahil müşahidə sistemi və pilotsuz uçuş aparatının (PUA) köməyi ilə bölgədə iki qayıq aşkarlayıb.

"Əməliyyat zamanı qayıqlardan birində olan, aralarında 11 uşağın da olduğu 53 nəfər, digər qayıqda isə 32 nəfər saxlanılıb. Beləliklə, ümumilikdə 85 qanunsuz miqrant tutulub", - məlumatda qeyd olunub.

Hadisə ilə bağlı miqrant qaçaqmalçılığında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Qanunsuz miqrantlar zəruri prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Oxşar xəbərlər