İzmir sahillərində 85 qeyri-qanuni miqrant saxlanılıb


  • 09:06

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonu sahillərində ümumilikdə 85 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, Türkiyə Sahil Mühafizə Komandanlığının yaydığı məlumata görə, Seferihisar sahilləri yaxınlığında rezin qayıqda bir qrup qeyri-qanuni miqrant aşkarlanıb.

Hadisə yerinə cəlb olunan sahil mühafizə qrupları qayığı saxlayaraq, aralarında 11 uşağın da olduğu 53 nəfər qeyri-qanuni miqrantı yaxalayıb.

Həmin rayonun sahillərində pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən digər müşahidə zamanı isə başqa bir rezin qayıqda qeyri-qanuni miqrantların olduğu müəyyən edilib.

Sahil mühafizə əməkdaşları tərəfindən saxlanılan həmin qayıqdakı 32 nəfər qeyri-qanuni miqrant da sahilə çıxarılıb.

Hadisə ilə əlaqədar insan alveri və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Xarici vətəndaşlar zəruri prosedurlar başa çatdıqdan sonra miqrasiya idarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər