Antalyada meşə yanğını baş verib


  • 09:18

Türkiyənin Antalya vilayətinin Kaş rayonunda baş verən meşə yanğınının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə tədbirləri davam etdirilir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Antalya Meşə Regional İdarəsinin və yanğınsöndürmə xidmətinin qüvvələri cəlb edilib.

Yanğının söndürülməsinə ilkin mərhələdə 6 helikopter, 3 təyyarə, 14 yanğınsöndürmə texnikası, 5 su təchizatı maşını, 2 ilkin müdaxilə avtomobili və 135 meşə təsərrüfatı işçisi cəlb olunub.

Güclü küləyin təsiri ilə genişlənən yanğının nəzarət altına alınması üçün havadan və qurudan intensiv söndürmə işləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər