- 11:10
İran və Oman Hörmüz boğazından keçən Qərb gəmilərindən hansı rüsumların tutulacağına qərar verəcəklər.
E-huquq.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a açıqlamasında bildirib.
"İran və Oman bu məsələ ilə bağlı danışıqlar aparır. İslam Respublikasının rəsmiləri və Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, biz və Oman Hörmüz boğazının təhlükəsizliyi və oradan gəmilərin keçidini tənzimləyən rejim barədə qərarlar qəbul edirik", - deyə diplomat bildirib.
O bildirib ki, Boğazdan keçid xidmətləri üçün ödənişlərlə bağlı müvafiq qərar gələcəkdə qəbul ediləcək.
Humay Eminqızı