- 12:08
Moldova hökuməti yanacaq tədarükündə yaranan fasilələr səbəbindən enerji sektorunda 30 günlük həyəcan rejimi elan edib.
E-huquq.az xəbər verir ki, qərar Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayımlanan hökumət iclasında qəbul olunub .
“Ölkə üzrə enerji sektorunda 30 gün müddətinə həyəcan rejiminin elan edilməsini təklif edirəm”, - deyə Moldovanın baş naziri Vasile Tofan bildirib.
Onun təklifi Nazirlər Kabinetinin üzvləri tərəfindən dəstəklənib.
Humay Eminqızı