- 12:21
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində avtobusa hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev məlumat verib.
O bildirib ki, hücum pilotsuz uçuş aparatı (PUA) vasitəsi ilə həyata keçirilib.
Hadisə nəticəsində 19 nəfər yaralanıb.
Şuvayevin sözlərinə görə, yaralılardan altısının vəziyyəti ağırdır. Zərurət yaranacağı təqdirdə onlar müalicə üçün Moskva xəstəxanalarına köçürüləcəklər.
Humay Eminqızı