ABŞ-də qasırğa 30 mindən çox evi işıqsız qoydu


  • 11:57

ABŞ-ın Viskonsin ştatında baş verən tornado 30 mindən çox evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti Viskonsin ştatının Vinnebaqo bölgəsində tornado qeydə alındığını açıqlayıb.

Menasha şəhərinin polis rəisi Matt Albrext bildirib ki, təbii fəlakət nəticəsində bir sıra yaşayış evləri və obyektlərə ciddi ziyan dəyib.

Rəsmilərin məlumatına görə, tornado səbəbindən 30 mindən çox ev elektrik enerjisiz qalıb.

Viskonsin ştatının rəsmisi Qordon Hintz hadisə nəticəsində ölən və ya xəsarət alanların olmadığını bildirib. Onun sözlərinə görə, elektrik təchizatının tam bərpası bir neçə gün çəkə bilər. Hazırda ərazidə bərpa işləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər