Yaponiyanın cənubundakı Küsü adasında yerləşən Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ yanğınlara, yolların və körpülərin zədələnməsinə, binaların uçmasına və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi məlumat yayıb.
İlkin məlumatlara görə hadisə nəticəsində 50-dən çox insan yaralanıb.
***
Yaponiyanın cənubundakı Küsü adasında yerləşən Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələdən sonra 1 metrə çata biləcək sunami təhlükəsi elan edilib.
Xəsarət alanlar və dağıntılar barədə hələki məlumat verilməyib.
Humay Eminqızı
