Batmaq təhlükəsi ilə üzləşən avarçəkənlər xilas edilib


  • 12:21

Türkiyənin Antalya vilayətində avarçəkmə zamanı dənizdə batmaq təhlükəsi ilə üzləşən 46 nəfər xilas olunub.

E-huquq.az xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Komandanlığının yaydığı məlumata görə, Muratpaşa sahillərində avarçəkmə ilə mə.ğul olan bir qrup şəxsin axının təsiri ilə sahildən uzaqlaşdığı və kömək istədiyi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal iki Sahil Mühafizəsi kateri cəlb edilib. Əməliyyat nəticəsində 46 nəfər təhlükəsiz şəkildə xilas edilərək sahilə çatdırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər