- 14:16
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Məhkəmə Departamenti məhkəmə və hüquqi qərarların qəbuluna kömək edəcək ilk süni intellekt əsaslı platformanın istifadəyə verildiyini elan edib.
E-huquq.az xəbər verir ki, bu barədə BƏƏ-nin “WAM” agentliyi məlumat yayıb.
Məlumata görə, sistemin fəaliyyəti insan tərəfindən nəzarətdə saxlanılacaq.
Platformanın məhkəmə proseslərinin səmərəliliyini və qərarların dəqiqliyini artıracağı gözlənilir.
Qeyd olunur ki, sistem ilkin mərhələdə sentyabr ayında istifadəyə veriləcək, daha sonra isə 18 ay ərzində mərhələli şəkildə tam tətbiq olunacaq.
BƏƏ-nin vitse-prezidenti Şeyx Mənsur bin Zayed Əl Nəhyan bildirib ki, belə bir platformanın istifadəyə verilməsi “innovasiyaların daha səmərəli və daha sürətli ədalət mühakiməsinə aparan yol olduğunu” nümayiş etdirir.
Humay Eminqızı