- 14:16
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağınd atəşkəsi pozması nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 207 nəfərə, yaralananların sayı isə 3 914 nəfərə çatıb.
Dağıntılar altından 803 nəfərin cəsədi çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 333 nəfərə, yaralananların sayı isə 174 023 nəfərə çatıb.
Humay Eminqızı