- 15:14
Türkiyədə ilin əvvəlindən qaçaqmalçılıq cinayətlərinə qarşı 22 809 əməliyyat keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumat yayıb.
Əməliyyatlar zamanı 29 543 şübhəli saxlanılıb, onlardan 742 nəfər həbs edilib, 864 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində müsadirə edilən saxta və qeyri-qanuni spirtli içkilərin həcmi 499 614 litr təşkil edib.
Bundan əlavə, 3 449 419 litr yanacaq, 9 082 549 qutu siqaret, 224 266 ədəd elektron siqaret və 1 087 439 576 ədəd boş siqaret gilizi (makaron) müsadirə edilib.
Keçirilən əməliyyatlar nəticəsində 3 545 milyon lirə məbləğində vergi itkisinin qarşısı alınıb.
Humay Eminqızı