- 19:03
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 842 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəşi sistemlərindən buraxılmış 3 raket, 17 idarə olunan aviabomba da məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 191 280 pilotsuz uçuş aparatı (PUA), 67 675 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 933 səhra artilleriya qurğusu və minaatan, 30 339 ədəd tank və digər zirehli döyüş texnikası, 1 766 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 667 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı