Ağ Evdə Tramp və Netanyahu arasında görüş başlayıb


  • 20:44

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Netanyahu Ağ Evə xidməti girişdən daxil olub.

Qeyd olunur ki, ABŞ tərəfi görüş çərçivəsində media nümayəndələri ilə təmasları planlaşdırmayıb.

Bu səbəbdən Tramp və Netanyahunun birgə mətbuat konfransının keçirilməsi də nəzərdə tutulmur.

Oxşar xəbərlər