Yaponiyada zəlzələdə azı 13 nəfər ölüb


  • 09:08

Yaponiyanın cənubundakı Kyuşu adasında baş verən güclü zəlzələ nəticəsində azı 13 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sanae Takaiçi bildirib.

Onun sözlərinə görə, axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanlara çatmaq üçün zamanla yarışır.

Zəlzələnin daha çox təsir etdiyi Kumamoto prefekturasında yerləşən Aeon ticarət mərkəzində və bir kağız fabrikində ümumilikdə 19 nəfərin itkin düşdüyü açıqlanıb.

Təbii fəlakət səbəbindən bölgədə 9 872 nəfər təxliyə edilib.

Zəlzələ elektrik enerjisinin kəsilməsinə, avtomobil yollarının və piyada körpüsünün zədələnməsinə, həmçinin tarixi qalanın divarlarının uçmasına səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər