Antalyada meşə yanğınına qarşı mübarizə davam edir


  • 09:27

Türkiyənin Antalya vilayətinin Kaş rayonunda baş verən meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının nəzarət altına alınması üçün qruplar axşam saatlarında da qurudan müdaxiləni davam etdiriblər.

Məlumata görə, yanğına havadan müdaxilənin sabah səhər saatlarında yenidən başlanması planlaşdırılır.

Ekipajlar alovun yayılmasının qarşısını almaq və ərazidə təhlükəsizliyi təmin etmək üçün işlərini davam etdirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər