- 10:14
Yay mövsümü ərzində Sakit okeanda 20-25 tayfunun yaranacağı gözlənilir.
E-huquq.az xəbər verir ki, bu barədə Primorye Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinin rəhbəri Boris Kubay məlumat yayıb.
Bildirilib ki, Sakit okeanda artıq 13 tayfun yaranıb. Onların əksəriyyəti Çinin cənub bölgələrinə istiqamət alıb.
Hazırda isə "Dolphin" adını alan tayfun Sakit okeanın şimal-qərb hissəsində hərəkət edir və ehtimal olunur ki, avqustun 8-i Yaponiyanın cənub adalarına yaxınlaşacaq.
"Dolphin" tayfununun hərəkət trayektoriyası ilə bağlı iki ehtimal nəzərdən keçirilir. O, Yaponiyadan keçərək Rusiyanın Primorsk diyarına çata bilər. Digər bir ehtimala görə isə, tayfun Koreya boğazındakı Çeju adasına yaxınlaşa, Sarı dəniz üzərindən şimal-qərb istiqamətində hərəkətini davam etdirərək Çin sahillərinə çıxa və Harbin şəhəri istiqamətinə yönələ bilər.
“Bu il tayfunların əsas təsirinə məruz qalan ölkə Çindir”, - Kubay bildirib.
Humay Eminqızı