Yaponiyada həftə ərzində günvurma nəticəsində 45 nəfər ölüb


  • 10:14

Ötən həftə Yaponiyada 18,6 minə yaxın insan günvurma səbəbindən xəstəxanalara yerləşdirilib, onlardan 45-i həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, zərərçəkənlərin sayı əvvəlki həftə ilə müqayisədə 7,7 mindən çox artıb və bu, 2026-cı ildə qeydə alınan ən yüksək göstəricidir.

Zərərçəkənlərin təxminən 58 faizini 65 yaşdan yuxarı şəxslər təşkil edib.

Qeyd edək ki, Yaponiyada iyulun 21-dən etibarən ardıcıl beş gün ərzində ölkənin ayrı-ayrı bölgələrində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.

Humay Eminqızı

Oxşar xəbərlər