- 11:50
ABŞ Prezidenti Donald Tramp bildirib ki, iyulun 28-də Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşlərdə bir çox önəmli məsələləri müzakirə edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş təxminən 1 saat davam edib.
Görüş zamanı, ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff, eləcə də Trampın kürəkəni Cared Kuşnerin Kiyevə mümkün səfəri müzakirə olundu. Bildirilib ki, Uitkoff və Kuşnerin Kiyevə səfəri diplomatik səylərə yeni impuls yaratmaq məqsədi ilə mümkün ola bilər.
Qeyd edək ki, Netanyahu ilə Tramp arasındakı görüş, Trampın Amerika lideri kimi yenidən seçilməsindən bəri səkkizinci idi. İsrailin Baş naziri “Fox News” telekanalına müsahibəsində keçirilmiş danışıqları Trampla bütün dövr ərzində baş tutan ən yaxşı görüşlərdən biri adlandırıb.
İran görüş zamanı Netanyahu ilə Tramp arasındakı danışıqların əsas mövzusu olub.
Ümumilikdə bildirilib ki, görüş pozitiv və məhsuldar keçib.
Humay Eminqızı