- 12:39
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqları zamanı bildirib ki, Vaşinqtonun müraciəti olmadan öz təşəbbüsü ilə İrana zərbələr endirməyəcək.
E-huquq.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Netanyahu həmçinin vurğulayıb ki, İran İsrailə hücum edəcəyi təqdirdə yəhudi dövləti cavab zərbələri endirmək hüququnu özündə saxlayır.
Məlumata görə, İsrail İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ ila bölüşməyə davam edəcək.
Netanyahu, bildirib ki, İsrail İran məsələsində Vaşinqtona tam etibar edir və Trampın qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcək.
Netanyahu və Trampın görüşündən əvvəl Amerikanın “Al-Monitor” portalı xəbər verib ki, İsrailin Baş naziri ABŞ Prezidentinə yəhudi dövləti tərəfindən İran ərazisinə yeni zərbələr endirilməsi ilə bağlı planları təqdim etməyi nəzərdə tutub. Söhbət İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastrukturuna mümkün zərbələrdən gedirdi.
Humay Eminqızı