- 14:43
Nauru Respublikası iyulun 21-də Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya bölgələri ilə diplomatik əlaqələrin dayandırılması barədə qərar qəbul edib.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN qərarı alqışlayıb və Gürcüstanın Nauru Respublikası ilə diplomatik əlaqələr qurmağa, ümumi maraqlara əsaslanan əməkdaşlığı intensivləşdirməyə hazırlığını ifadə edib.
Qeyd edək ki, Nauru Abxaziya və Cənubi Osetiyanın “müstəqillik”lərini 2009-cu ilin dekabrında tanıyıb. Rəsmi Tbilisi bu qərarı qınayaraq Naurunu beynəlxalq hüquq normalarına məhəl qoymamaqda ittiham etmişdi.