- 14:43
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 619 pilotsuz uçuş aparatını (PUA) vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 6 idarə olunan aviabomba, 4 ədəd "Neptun" uzaq mənzilli idarə olunan raket məhv edilib.
Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 191 899 pilotsuz uçuş aparatı (PUA), 67 756 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 946 səhra artilleriya qurğusu və minaatan, 30 351 ədəd tank və digər zirehli döyüş texnikası, 1 766 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 667 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.
Humay Eminqızı