“Haaretz”: Netanyahu Vaşinqtonda Zelenski ilə görüşdən imtina edib


  • 15:42

İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtonda olduqları müddətdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina edib.

E-huquq.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat yayıb.

Mənbədə bildirilir ki, Zelenskinin ofisi əvvəlcə görüş təşkil etmək məqsədilə Netanyahunun ofisi ilə əlaqə saxlayıb, lakin İsrail tərəfi heç bir cavab verməyib. Digər Ukrayna mənbəsi isə bildirib ki, əslində görüş təklifi ilk olaraq Netanyahunun ofisindən gəlib. Zelenskinin ofisi buna razılıq verdikdən sonra İsrail tərəfindən heç bir cavab olmayıb .

İyulun 28-də isə İsrail rəsmiləri Baş nazirin vaxt çatışmazlığı səbəbindən Zelenski ilə görüşə bilməyəcəyini açıqlayıb.

Xatırladaq ki, Netanyahu ilə Zelenski sonuncu dəfə 2023-cü ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində görüşüblər.

Humay Eminqızı

Oxşar xəbərlər