- 17:46
Fransanın Jirond departamentində davam edən meşə yanğınları səbəbindən 42 tibb müəssisəsinin personalı və pasiyentləri təxliyə edilib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefanı Rist məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə xəstəxanalardan 4,2 mindən çox insan təxliyə olunub.
Ölkə tarixində ən iri meşə yanğınının söndürülməsi üçün İsveçrədən təxminən 2,5 min yanğınsöndürən və xilasedici cəlb olunub.
Yanğınsöndürənlərə 1,5 min Fransa hərbçisi və 1,2 min polis əməkdaşı dəstək verir.
Humay Eminqızı