Cənubi Koreyada son 122 ilin temperatur rekordu qırıldı


  • 17:37

Cənubi Koreyada davam edən güclü istilər fonunda ölkənin cənub-şərqində yerləşən Busan şəhərində son 122 ilin ən yüksək hava temperaturu qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Koreya Meteorologiya Administrasiyası (KMA) məlumat yayıb.

Məlumata görə, Busanda havanın temperaturu 38,8 dərəcəyə çatıb. Bununla da şəhərdə 2016-cı ildə qeydə alınmış 37,7 dərəcəlik əvvəlki rekord yenilənib.

Qeyd edək ki, Busanda meteoroloji müşahidələrə 1904-cü ildən başlanılıb. Son göstərici həmin dövrdən bəri şəhərdə ölçülən ən yüksək temperatur kimi tarixə düşüb.

Bundan başqa, KMA paytaxt Seulun şərq və cənub-qərb bölgələri üçün də yüksək temperaturla bağlı xəbərdarlıq yayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər