Erdal Beşikçioğlu saxlanıldı


  • 09:34

Türkiyənin Ankara şəhərində yerləşən Etimesgut Bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla 55 şübhəli barəsində saxlanılma qərarı verilib.

Ankara Polis İdarəsinin əməkdaşları bələdiyyə binasında axtarış aparıblar.

Saxlanılan bələdiyyə sədri Erdal Beşikçioğlu ilkin tibbi müayinədən keçirildikdən sonra ifadə vermək üçün polis idarəsinə aparılıb.

Qeyd edək ki, Erdal Beşikçioğlu uzun illər aktyor və teatr rejissoru kimi çalışıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər