Rusiya Ukraynaya məxsus aerodromlara və hərbi hədəflərə zərbələr endirib


  • 09:49

Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynaya uzaqmənzilli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı zərbələr endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində Kiyev, Lvov şəhərlərində, həmçinin İvano-Frankivsk, Jitomir, Rivne, Vinnitsa və Dnepropetrovsk vilayətlərində yerləşən hərbi aerodromların, hərbi-sənaye kompleksi müəssisələrinin, hərbi telekommunikasiya və logistika mərkəzlərinin vurulduğu bildirilir.

Bu obyektlər müxtəlif təyinatlı raket silahlarının və PUA istehsalı, saxlanması və çatdırılması, eləcə də hava müşahidə sisteminin fəaliyyətinin təmin edilməsində istifadə olunurdu.

Humay Eminqızı

Oxşar xəbərlər