Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb


  • 10:09

Hindistanın şimal-şərqində yerləşən Assam əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 78 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 300 mindən çox sakin hələ də fəlakət zonasındadır.

Ümumilikdə 551 yaşayış məntəqəsini su basıb.

Ən ağır vəziyyət Charaideo ərazisində müşahidə olunur. Burada təbii fəlakətdən 137 mindən çox insan zərər görüb.

Daşqından zərər görən ərazilərdə suyun səviyyəsi tədricən azalır, lakin dağıntılar səbəbindən bir çox sakin hələ də evlərinə qayıda bilmir. Daşqınlar yollara, yaşayış evlərinə, məktəblərə və digər infrastruktur obyektlərinə ciddi ziyan vurub.

Fəlakət nəticəsində 11 mindən çox baş heyvan tələf olub.

Növbəti iki gün ərzində Assam əyalətində leysan yağışlarının yağacağı ilə bağlı xəbərdarlıq edib.

Humay Eminqızı

Oxşar xəbərlər