- 11:41
Yaponiyanın cənubundakı Küsü adasında yerləşən Kumamoto prefekturasında baş vermiş 7,1 bal gücündə zəlzələ nəticəsində 30 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi məlumat yayıb.
Həlak olanlar arasında bir Vyetnam vətəndaşının olduğu bildirilib.
Zəlzələ nəticəsində bir çox ev elektrik enerjisi, su və qaz təchizatından məhrum qalıb. Bəzi ərazilərdə evlər dağılıb, yollar və körpülər isə zədələnib.
Humay Eminqızı