İspaniyada meşə yanğınları: 1000 nəfər təxliyə edilib


  • 11:41

İspaniyanın qərbindəki Samora əyalətində baş verən meşə yanğını səbəbindən təxminən 1000 nəfər təxliyə edilib.

E-huquq.az xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məlumat yayıb.

Yanğın ötən gün Fermoselye yaşayış məntəqəsi yaxınlığında başlayıb. Təhlükəsizlik məqsədilə 10-dan çox kiçik yaşayış məntəqəsinin sakinlərinin təxliyə olunmasına qərar verib.

Yanğın təxminən 6000 hektar ərazini əhatə edir və alov hələ də nəzarət altına alınmayıb.

Hazırda İspaniyada bir neçə meşə yanğını davam edir. Onlardan ən genişmiqyaslısı Madrid Muxtar İcması və Avila əyalətini əhatə edən yanğınlardı. Ötən həftə başlayan və ümumi sahəsi təxminən 77 000 hektar olan bu yanğın hələ tam lokallaşdırılmasa da, vəziyyətin sabitləşdiyi bildirilir.

Avila əyalətindəki yanğın ölkə tarixində müşahidələrin aparılmağa başlandığı vaxtdan bəri qeydə alınan ən böyük yanğındır.

Madrid Muxtar İcmasında yanğın nəticəsində təxminən 100 ev məhv olub.

Humay Eminqızı

Oxşar xəbərlər