- 12:56
Fransanın Oranj şəhərində bir mənzildə polis tərəfindən aparılan axtarış zamanı karton qutuların içərisində beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilən sümük qalıqları aşkar edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fransa Prokurorluğu məlumat yayıb.
Hadisə bazar günü 32 yaşlı qadının evdə sağlam bir körpə dünyaya gətirməsi və daha sonra xəstəxanaya aparılması ilə başlayıb.
Bildirilir ki, qadınla birlikdə yaşayan 32 yaşlı həyat yoldaşı, onun hamilə olduğunu yenə çox gec öyrəndikdən sonra evdə axtarış aparıb və insan qalıqlarına bənzəyən parçalar aşkar edib.
Kişi bu barədə xəstəxanaya məlumat verdikdən sonra prokurorluq araşdırmaya başlayıb.
Məhkəmə-tibbi ekspertinin ilkin rəyinə əsasən, tapılan qalıqların beş yeni doğulmuş körpəyə aid olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma başladılıb.
Humay Eminqızı