Aİ Ukraynaya əlavə 8,3 milyard avro vəsait ayıracaq


  • 12:33

Avropa İttifaqı (Aİ) Ukraynaya əlavə 8,3 milyard avro vəsait ayırmağı vəd edib.

E-huquq.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında qeyd olunub.

Vəsaitin ilin sonunadək ödənilməsi üçün Kiyevin yerinə yetirməli olduğu ciddi tələblər təsdiqlənib.

Brüsselin irəli sürdüyü tələblərə Ukraynada korrupsiyaya qarşı mübarizə sahəsində yeni islahatların həyata keçirilməsi, eləcə də hüququn aliliyi prinsipinin gücləndirilməsi ilə bağlı şərtlər daxildir.

Humay Eminqızı

Oxşar xəbərlər