- 13:50
Tatarıstanın Laişevo rayonunda uşaqlardan ibarət xokkey komandasını daşıyan avtobus minik avtomobili ilə toqquşub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublika prokurorluğu məlumat yayıb.
Hadisə Kazan-Orenburq-Borovoye Matyuşino avtomobil yolunda baş verib.
İlkin məlumata görə, “Ford Focus” markalı minik avtomobilinin sürücüsü qarşı hərəkət zolağına çıxaraq “Ford” markalı marşrut avtobusu ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Humay Eminqızı