Rusiya sutka ərzində Ukraynaya məxsus 712 PUA vurub


  • 13:50

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 712 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəşi sistemlərindən buraxılmış 2 raket, 13 idarə olunan aviabomba da məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 192 611 pilotsuz uçuş aparatı (PUA), 67 842 ədəd xüsusi hərbi avtomobil texnikası, 35 951 səhra artilleriya qurğusu və minaatan, 30 370 ədəd tank və digər zirehli döyüş texnikası, 1 766 ədəd raket əleyhinə müdafiə sistemi, 673 təyyarə, 668 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər