ABŞ-də məktəblərdə silahlı hücumların qarşısını almaq məqsədilə dronlardan istifadə ediləcək


  • 15:39

ABŞ-nin üç ştatında yerləşən məktəblərdə silahlı hücumlar zamanı təhlükəsizliyin təmin edilməsi üçün xüsusi dronlar sınaqdan keçirilir.

E-huquq.az xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Pilotsuz uçuş aparatları (PUA) məktəb dəhlizlərində saatda 80 kilometr sürətlə hərəkət edə bilir. Məktəblərin daxilində qorunan xüsusi qutularda yerləşdirilən dronlar bir neçə saniyə ərzində işə salına bilir.

Dron istehsalçısı “Mithril Defense” şirkətinin baş direktoru Castin Marstonun sözlərinə görə, dronlar saatda 96 kilometr sürətlə hücum edərək silahlı şəxsi zərərsizləşdirə bilər.

Onlar Texas ştatının Ostin şəhərində yerləşən istehsalçı şirkətin ofisindəki operatorlar tərəfindən uzaqdan idarə olunur.

Dronlar bibər qazı, stroboskop işıqları və sirenlərlə təchiz olunub.

Humay Eminqızı

Oxşar xəbərlər