- 17:06
Ermənistan Rusiya ilə dialoqu dayandırmaq niyyətində deyil və yaranmış məsələləri müzakirələr yolu ilə həll etmək əzmindədir.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
“Biz dialoqu və tərəfdaşlıq müzakirələrini dayandırmaq fikrində deyilik. Bu, ən yanlış yol olardı”, - deyə Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərlə bağlı sualı cavablandırarkən bildirib.
Eyni zamanda o, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər nəticəsində ölkədə yaranmış vəziyyəti böhran hesab etmədiyini bildirdi. Paşinyan qeyd etdi ki, Ermənistan hökuməti bunu Ermənistan iqtisadiyyatını şaxələndirmək üçün bir fürsət kimi görür.
Xatırladaq ki, daha əvvəl Rusiya aşkar edilmiş pozuntular səbəbindən mineral su, spirtli içki, meyvə-tərəvəz kimi Ermənistan məhsullarının idxalını məhdudlaşdırmışdı.
Humay Eminqızı