- 17:35
İsrail ordusu Qəzza zolağında atəşkəsi pozmağa davam edir.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində xəstəxanalara 6 nəfərin meyiti və 34 yaralı çatdırılıb.
Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 214 nəfərə, yaralananların sayı isə 3 977 nəfərə çatıb.
Dağıntılar altından 804 nəfərin cəsədi çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 341 nəfərə, yaralananların sayı isə 174 086 nəfərə çatıb.
Humay Eminqızı