- 17:35
Iyulun 30-u gecə saatlarında ABŞ-nin İranın cənub bölgələrinə növbəti silsilə zərbələri nəticəsində tələbə yataqxanalarına ziyan dəyib.
E-huquq.az xəbər verir ki, bu barədə İranın Xuzistan vilayətinin qubernatoru Məhəmməd Rza Molla-Zadə məlumat yayıb.
“ABŞ-nin son hücumları nəticəsində iki tələbə yataqxanası kompleksinə ziyan dəyib. Bəzi tələbələr başqa yerlərə köçürülüb, digərlərinə isə yardım göstərilib”, - qubernator deyib.
Humay Eminqızı