- 17:35
İran İordaniyadakı ABŞ-yə məxsus "Əl-Əzraq" aviabazasına zərbə endirib.
E-huquq.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.
“Tasnim” agentliyinin yaydığı məlumata görə, bazanın ərazisindəki obyektlərə ballistik raketlərlə zərbələr endirilib. Zərbələr nəticəsində üç “F-35” qırıcısı məhv edilib, daha üç təyyarəyə ciddi ziyan dəyib.
Zərbələr nəticəsində həlak olanlar da var.
SEPAH vurğulayıb ki, bu hücum ABŞ-nin İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
Humay Eminqızı