Yayın əvvəlindən Fransada 14 mindən çox yanğın qeydə alınıb


  • 17:06

Fransada yayın əvvəlindən etibarən 14 mindən çox yanğın qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunez məlumay yayıb.

“14 131 yanğın qeydə alınıb. Azı 117 000 hektar ərazi yanaraq məhv olub”, - deyə nazir bildirib.

O vurğulayıb ki, hava şəraitində müəyyən yaxşılaşma müşahidə olunsa da, yanğın təhlükəsi hələ də çox yüksək olaraq qalır.

Bu il Avropada, xüsusilə İspaniya və Fransada, meşə yanğınları rekord miqyasa çatıb. Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, yanğınların söndürülməsi üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və Aİ-nın müxtəlif ölkələrindən yüzlərlə yanğınsöndürən səfərbər edilib.

Humay Eminqızı

Oxşar xəbərlər