- 30 İyul 21:40
ABŞ İranın “Mahan Air” aviaşirkəti ilə əlaqəli olduğu iddia edilən bir Rusiya şirkətinə və digər dörd quruma sanksiya tətbiq edib
E-huquq.az əbər verir ki, müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında yerləşdirilib.
Məlumata görə, sanksiyalar Moskvada yerləşən “Air Cargo Pro” nəqliyyat şirkətinə, eləcə də Çin, İran və Hindistandan olan dörd şirkətə şamil edilir.
Sanksiyalar həmçinin bir Çin vətəndaşına da tətbiq edilib.
Qurumun açıqlamasına görə sanksiyalarda hədəf alınan şəxslər ABŞ-ın sanksiya siyahısında olan İranın “Mahan Air” aviaşirkəti ilə əməkdaşlıq ediblər.