Mərakeşdən İspaniyaya qanunsuz yolla keçməyə cəhd edən 18 nəfər ölüb


  • 10:51

Mərakeşin Kastilyexos şəhərinin sahillərindən İspaniyanın Şimali Afrikadakı muxtar ərazisi Seutaya keçməyə çalışan 18 qanunsuz miqrant həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, son bir həftə ərzində Mərakeşdən Seutaya təxminən 1500 nəfər keçib. Bununla bağlı rəsmi statistika isə hələ açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Mərakeşin Kastilyexos sahillərindən Seutaya üzərək keçməyə çalışan 800-dən çox qanunsuz miqranta müdaxilə edilmişdi.

İspaniyanın Baş naziri Pedro Sançes hökumətin hadisə ilə bağlı bütün mövcud resursları səfərbər etdiyini bildirmişdi.

Seutaya qanunsuz miqrasiya cəhdlərinin artması fonunda İspaniya hökuməti bölgədə təhlükəsizliyin gücləndirilməsi məqsədilə silahlı qüvvələrin əraziyə yerləşdirilməsi barədə qərar qəbul edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər