Pakistanda qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb


  • 14:17

Alpinist Nirmal Purjanın rəhbərlik etdiyi 10 alpinist Pakistandakı Broad Pik zirvəsində qar uçqunu nəticəsində itkin düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Pakistan Alp Klubu sosial media hesabında məlumat yayıb.

Bəyanatda komandanın Amerika, Çin, Oman və Nepal alpinistlərindən ibarət olduğu və alpinistləri tapmaq üçün Pakistan hökuməti ilə əməkdaşlıq çərçivəsində bütün resursların səfərbər edildiyi bildirilir.

Qeyd edək ki, Purja bu ayın əvvəlində Pakistanda Qaşerbrum II zirvəsinə qalxaraq kifayət qədər oksigen olmadan 57-ci yüksəlişi olan 8035 metr hündürlüyə çatmışdı.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər