Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirəcək


  • 15:46

Fransa Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə yönələn qanunsuz miqrasiya axınının artması fonunda İspaniya ilə sərhəddə nəzarət tədbirlərini gücləndirmək qərarı verib.

E-huquq.az xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nünez sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib ki, Seuta bölgəsində yaranmış vəziyyətlə əlaqədar ötən gecə İspaniya ilə sərhəddə nəzarətin təcili şəkildə gücləndirilməsi barədə göstəriş verib.

Nazir, həmçinin sərhəd-keçid məntəqələrində Sürətli Sərhəd Müdaxilə Qüvvələrinin səfərbər olunmasına dair tapşırıq verdiyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Seuta şəhərinə üzərək keçməyə çalışan 800-dən çox qanunsuz miqranta müdaxilə edilmişdi. İspaniyanın Baş naziri Pedro Sançes hadisə ilə bağlı hökumətin bütün mövcud resurslarının səfərbər edildiyini bildirmişdi.

Qanunsuz miqrasiya cəhdlərinin artması səbəbindən İspaniya hökuməti Seutada təhlükəsizliyin gücləndirilməsi məqsədilə silahlı qüvvələrin bölgəyə yerləşdirilməsi barədə qərar qəbul edib.

Rəsmi Madridin məlumatına görə, son 24 saat ərzində Seuta şəhərinə üzərək və ya piyada daxil olan şəxslərin sayının 49 mini keçdiyi ehtimal edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər