Əlcəzairdə ağır qəza - 25 nəfər öldü


  • 16:53

Əlcəzairin Bumerdes əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Setif şəhərindən hərəkət edən avtobus yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində azı 25 nəfər həlak olub, 44 nəfər isə yaralanıb.

Hadisə yerində xilasetmə əməliyyatları davam edir. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Hadisə yerinə 11 təcili tibbi yardım maşını cəlb olunub.

Humay Eminqızı

Oxşar xəbərlər